,,XOCALI XALQIMIZIN QAN YADDAŞIDIR” ADLI ƏDƏBİ – BƏDİİ TƏDBİR KEÇİRİLDİ

 Bakı Şəhəri üzrə Təhsil idarəsinin 15.02.2019-cu il tarixli, F-98 nömrəli əmrlərinin əsasında tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planında qeyd olunan məsələlərin həyata keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədi daşıyır.  Xocalı soyqırımının 27- ci ildönümü ilə əlaqədar 17 nömrəli tam orta məktəbdə silsilə tədbirlər davam edir. 25 fevral tarixində məktəbin akt zalında ədəbiyyat müəllimləri: Kəmalə Zamanova və Sevda Cəfərovanın rəhbərliyi ilə “Xocalı xalqımızın qan yaddaşıdir” adlı ədəbi – bədii tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdi. İlk öncə  şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin çıxışlarında “Xocalı soyqırımı”na həsr olunmuş ədəbi – bədii kompazisiya, şeirlər, bayatılar, səhnəçiklər və mahnılar dinlənildi.  Tədbirin sonunda məktəbin ədəbiyyat müəllimi Atlas Hüseynova çıxışında yaşından asılı olmayaraq, hər bir vətəndaşı şəhidlərimizi heç vaxt unutmamağa, ölkəmizin tarixini dərindən öyrənmə və bütün tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmağı tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi