XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ SƏNƏDLİ FİLM NÜMAYİŞ OLUNDU

Xocalı soyqırımı faciəsinin 27-ci il dönümü  çərçivəsində həyata keçirilən silsilə tədbirlərindən biri də məktəbin yuxarı sinif şagirdləri üçün ,,Xocalı soyqırımı” haqqında  sənədli filmin nümayişi idi. 25 fevral tarixində məktəbin akt zalında Xocalı soyqırımına həsr olunmuş sənədli  film nümayiş olundu.  İlk öncə  şagirdləri Xocalı soyqırımı haqqında məlumatlandırmaq üçün məktəbin direktoru Nazilə Əliyeva çıxış etdi. Filmdə Xocalı soyqırımının baş verməsi və bir gecənin içində günahsız insanların həyatlarının məhv olması əks olunurdu. Film şagirdlər tərəfindən böyük ürəkağrısı ilə izlənildi. Filmin   şagirdlərə  nümayiş etdirilməsində əsas məqsəd  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşilikləri , Dağlıq Qarabağda baş verən hadisələrin dəhşətlərini  göstərmək, Xocalı sakinlərinin qayğısız həyatının bir gecede darmadağın olmasını  şagirdlərin nəzərinə çatdırmaqdan ibarət idi.Tədbirdə məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənlərimizi heç zaman unutmamağa səslənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi