,,VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” ADLI TƏDBİR KEÇİRİLDİ

Fevralın 22-də məktəbimizdə valideynlərin  məktəb ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti, texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-66 nömrəli əmrə əsasən “Valideynin məktəbdə bir günü”  adlı layihəsi keçirilmişdir.

Məktəbə dəvət olunmuş valideynlər I-XI siniflərdə dərs prosesində iştirak etmiş, akt zalı, idman meydançası, məktəbdə fəaliyyət göstərən: təsviri incəsənət, şahmat, basketbol dərnəkləri, kitabxana, tibb məntəqəsi, sanitar qovşaqları, yeməkxana ilə yaxından tanış olmuş və valideynlər üçün təşkil olunmuş seminarda  BŞTİ Təlimə Dəstək Mərkəzinin əməkdaşı Yeganə Abdullayevanın   məruzəsini dinləmişlər.  Müşahidə edilən dərslər müzakirə olunmuş, təklif və iradlar dinlənilmişdir. 

Tədbir musiqi müəllimi Sevinc Ramazanovanın rəhbərliyi ilə valideynlər üçün  təşkil edilmiş  musiqi özfəaliyyət dərnəyinin  konsert proqramı  ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi