XI RESPUBLİKA ÜZRƏ RUS DİLİ VƏ ƏDƏBİYYAT OLİMPİADASI KEÇİRİLMİŞDİR.

Azərbaycan Respublikasında Rusiya Səfirliyinin, Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsinin, AR Təhsil Nazirliyinin, Azərbaycanda rus dilli təhsil müəssisələri müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə 15 fevral tarixində ,,XI  Respublika üzrə rus dili və ədəbiyyatı olimpiadası“ həyata keçirilmişdir. Olimpiada məktəbimizdə çox yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, yarışmada könüllü əsaslarla Nizami və Xətai Rayon rus və azərbaycan bölməsi üzrə VII-VIII sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Təşkil  olunmuş  yarışmada  Beynəlxalq  Humanitar Əməkdaşlıq  üzrə Federal  Agentliyinin  rəhbəri  Denisov Valentin  Petroviç, nümayəndə Yakutina  Lyubov  Timofeyevna və  Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev iştirak etmişlər. Olimpiadada iştirak edən 270 nəfərdən artıq şagirdlər  sertifikatlarla təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi