Ombudsman və Liderlik Məktəbinin üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş anım tədbirində iştirak etdilər

7 fevral tarixində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, AUGSŞ nəzdində müntəzəm və səmərəli fəaliyyət göstərən Liderlik Məktəbinin üzvləri  Biləsuvar  rayonun  Əliabad  kəndində  Mübariz İbrahimovun anadan olduğu evə gedərək şəhidin ailəsinə baş şəkib və orada anım mərasimində iştirak ediblər. Liderlik Məktəbinin üzvləri arasında məktəbimizin 8,,E” sinif şadirdi İsmayılova Nərmin də bu anım tədbirində iştirak edirdi. Ombudsman çıxış edərək,  Mübariz İbrahimovun doğma Vətən, torpaq yolunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək, ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığını vurğulayıb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısi, yerli sakinlər, ağsaqqallar, müharibə veteranları, icmalar və rayon gənclər təşkilatının nümayəndələri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi