MƏKTƏB ŞAGİRDLƏRİ ,,DƏYƏRLƏRİMİZ -SƏRVƏTİMİZ, GƏLƏCƏYİMİZDİR”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ GÖRÜŞDƏ İŞTİRAK ETDİLƏR

05 fevral tarixində məktəbdə ,,Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi Ictimai Birliyinin təşkilatçılığı ilə ,,Dəyərlərimiz-sərvətimiz,  gələcəyimizdir”  layihəsi çərçivəsində VI, VII və VIII sinif şagirdləri ilə maarifləndirici görüş keçirildi. Tədbirdə layihənin  rəhbəri Xuraman Əsgərova və birliyin dizayneri Elnarə İsgəndərova  çıxış edərək layihə haqqında məlumat verdilər. Layhiənin əsas məqsədi: 1. Məktəblilərin milli-mənəvi dəyərlərə,xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və nəsildən-nəsilə ötürdüyü ənənələrə sadiq, eyni zamanda hərtərəfli, düzgün inkişaf etmiş vətəndaş və əxlaqlı bir şəxsiyyət kimi yetişdirilməsində cəmiyyətə dəstək olmaqdır. 2. Usaqların asudə vaxtlarını faydalı araşdırmalara, dəyərlərimizi öyrənərək yaşam və davranışlarına tətbiq etməyə yönəltməkdir. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məktəbliləri  maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi