I YARIM İLİN YEKUNLARINA HƏSR OLUNMUŞ VALİDEYN İCLASI KEÇİRİLDİ

26 yanvarda məktəbdə IX, X və XI siniflərinin valideynləri ilə I yarım ilin yekunlarına həsr olunmuş iclas keçirildi. Valideyn iclasında məktəb müdiriyyəti, sinif rəhbərləri, fənn müəllimləri və valideynlər iştirak edirdi. İclasda şagirdlərin dərsə davamiyyəti, AR TN qərarına əsasən ,,Məktəbdaxili qiymətləndirmədə yeni qaydalar”,  I yarım ilin yekununa aid siniflərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmə ilə bağlı  bir sıra məsələlər müzakirə olundu. Məktəbin direktoru Nazilə Əliyeva valideynlərə BSQ və KSQ-nin nəticələrini yeni üsulla necə qiymətləndirilmənin yollarını əyani şəkildə izah etdi və onları maraqlandıran suallara cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi