BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ KEÇİRİLDİ

21-23 yanvar  tarixlərində məktəbdə V-XI siniflərdə Ana dili, İngilis dili və Riyaziyyat fənlərindən böyük summativ qiymətləndirmə keçirldi. Böyük summativ qiymətləndirmə tapşırıqları 2-4 variantda, 10-15 sual olmaqla, həm açıq tipli, həm də qapalı tipli tapşırıqlardan ibarət idi. Tapşırıqlar məktəbin fənn müəllimləri tərəfindən I yarımil tədris proqramı əsasında hazırlanmışdı. Şagirdlər onlara verilən vaxt ərzində verilmiş tapsırıqları cavablandırdılar. Nəticələr qısa vaxt ərzində yoxlanılaraq jurnallara yazılacaq, şagirdlərə və valideynlərə məlumat veriləcək. Məktəbin pedaqoji şura iclasında nəticələr təhlil edilərək müzakirə olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi