31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

   27 dekabrda 17 nömrəli tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş tədbir sinif müəllimi Vüsalə Nurməmmədzadənin rəhbərliyi və 3,,Ə” sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir.    

   Tədbir zamanı şagirdlər birlik və həmrəylik mövzusu ilə bağlı şeir, mahnı ifa etmiş, milli rəqslərimizi  nümayiş etdirmişlər.

   Tədbirdə məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak edirdilər. Sonda məktəbin direktoru Nazilə Əliyeva  tədbir  iştirakçılarını təbrik edərək onlara yeni  ildə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi