ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SİNİF TƏDBİRLƏRİ KEÇİRİLDİ

12 dekabrda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr  olunmuş  bir  sıra  tədbirlər sinif müəllimləri:  Rəhimova  Məhsəti  3"D"  sinfində ,,Müdrik rəhbər”mövzusunda  açıq  dərs, Rzayeva Zülfiyyə 4"D" sinfində isə  təşkilat saatı keçirmişlər. Bu sinif  tədbirləri,   Ulu Öndərin  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.Şagirdlərin hazırladıqları çıxışlar, video çarxlar, şeirlər mövzunu tam anlamında əhatə edirdi. Tədbirin növbəti gedişatında  şagirdlər böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız  naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat verdilər. Tədbirdə məktəb direktoru Nazilə Əliyeva və direktor müavini  Nərgiz Hüseynova da iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi