ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR

12 dekabrda  17 nömrəli  tam orta məktəb 4 ,,A və 8,,A” sinif şagirdləri ədəbiyyat müəllimləri Sevda Cəfərova və İradə Mürsəlovanın rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş  ,,Ulu  Öndər qəlbimizdə daim yaşayacaqdır” adlı tədbir keçirmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlamış, şagirdlərin ifasında şeirlərlə davam etmişdir.  Tədbirin davamı olaraq  şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilmişdir. Sonda məktəbin direktoru Nazilə Əliyeva öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açdı. O, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi