,,MEHDİ HÜSEYNZADƏNİN 100 İLLİK YUBİLEYİ”NƏ HƏSR OLUNMUŞ ƏYLƏNCƏLİ-İNTELLEKTUAL YARIŞ KEÇİRİLDİ

08 dekabrda  M.Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş məktəbin X sinif rus və azərbaycan bölməsinin şagirdləri arasında Azərbaycan dili və ədəbiyyatı müəllimləri: Şölə Qurbanova, Kəmalə Zamanova və Aynurə Məmmədovanın təşkilatçılığı ilə ,,Breyinq-rinq” əyləncəli–intellektual yarışı keçirildi. Yarışda üç komanda ,,Mübarizlər”, ,,Qəhrəmanlarvə ,,Partizanlar” iştirak edirdi.

Yarışma zamanı şagirdlər M. Hüseynzadə haqqında mükəmməl bilik nümayiş etdirə bildilər. Tədbirdə gözəl musiqi nömrələri və şeirlər səsləndirildı. Yarış bir neçə mərhələdən təşkil olunmuşdu. Hər mərhələ öz rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Mövzu ətrafında divar qəzetlərinin və referatların təqdimatı böyük marağa səbəb oldu. Fəal iştirak edən ,,Mübarizlər” komandası yarışın qalibi oldu. Tədbir hamı tərəfindən maraqla izlənildi. Sonda məktəb direktoru Nazilə Əliyeva şagirdlərin fəallığını yüksək qiymətləndirərək, onlara daha böyük uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi