Müəllimimiz Rusiya səfərindən uğurla qayıtdı

    23-27 noyabr tarixlərində Rusiya səfirliyi, Azərbaycan Rusiya İnformasiya  və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş seminarda MDB və xarici ölkələrdə ,,Rus dili” fənnini tədris edən müəllimlər iştirak etmişlər. Azərbaycandan  gedən nümayəndə heyətinin tərkibində məktəbimizi  rus dili  müəllimi Tacirə Axundova  təmsil edirdi.

    Dörd  gün  ərzində  Moskva şəhərində  keçirilən  bu  beynəlxalq  seminarda iştirakçılar ,,Master – Klass” dərslərində  iştirak etmiş və lisey məktəblərdəki tədris  prosesi ilə yaxından tanış olmuşlar. İştirakçılar  üçün asudə vaxtlarda ,,Kiçik teatr”, ,,Kamera orkestiri”nin  konsertinə  ekskursiyalar  təşkil edilmişdir. Sonda  tədbir iştirakçılarına  sertifikatlar təqdim edilmiş və xoş təssüratlarla vətənə dönmüşlər.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi