MƏKTƏBİMİZİN FƏXRİ

Təlimin prioritet məqsədlərindən biri istedadlı uşaqları dəstəkləmək və inkişaf etdirməkdir. Məktəbimizin istedadlı şagirdləri çoxdur. Onlardan biri də 1,,Ç” sinif şagirdi Cəfərov Toğrul Vaqif oğludur. Cəfərov Toğrul Vaqif oğlu həm məktəbəqədər və həm də məktəbdə təhsil aldığı az bir müddətdə öz ictimai fəallığı ilə yadda qalmışdır. Belə ki, Toğrul ,,Payız Kolleksiyası” adlı uşaq moda müsabiqəsində, uşaq və yeniyetmələr klubunun təşkil etdiyi  ,,Rəngləri sevirəm”  uşaq rəsm yarışmasında, Qadın və Uşaq Sığınma evində keçirilən xeyriyyə tədbirində, Ümummilli lider H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Azər kitab” festivalında, H.Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılmış “Toplan”  Sahibsiz  İtlərə Qayğı Mərkəzinin iştirakı ilə “Heyvanların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olmuş və bir çox başqa tədbirlərdə iştirak etmişdir. Kiçik yaşlı Toğrulun bu nailiyyətlərinə məktəb-şagird kollektivi də sevinir və ona uğurlar diləyir. Uğurların davamlı olsun, Toğrul!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi