MƏKTƏB VALİDEYNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

04 dekabrda 17 nömrəli tam orta məktəbdə ,,Etika Akademiyası”nın direktoru Günel Ibrahimlinin məktəbin I-VIII sinif valideynləri ilə görüşü keçirildi. ,,Etika Akademiyası”nın direktoru Günel Ibrahimli ilə görüşün əsas  məqsədi, valideynləri bu qeyri-hökumət təşkilatının təhsil müəssisələrində gördüyü işlərlə yaxından tanış etmək idi. Tədbirdə çıxış edən qonaq valideynlərə Akademiyanın uğurları, etik qayda və davranışlar haqqında geniş maarifləndirici məlumatlar verdi. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə valideynləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü  bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi