,,DÖVLƏT BAYRAĞI GÜNÜ” MÜNASİBƏTİ İLƏ SİLSİLƏ TƏDBİRLƏR DAVAM EDİR

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına  əsasən, hər il noyabr  ayının 9-u Azərbaycan Respublikasının ,,Dövlət Bayrağı Günü” kimi qeyd edilir.

,,Dövlət Bayrağı Günü” münasibəti ilə məktəbimizdə silsilə tədbirlər  davam edir. Məktəbin ədəbiyyat  müəllimi  Şəbnəm Babayevanın rəhbərliyi ilə "G" və 7 ,,F” sinif  şagirdləri bayrağımızla bağlı şeirlər söyləmiş, hazırladıqları referatları təqdim ediblər. Sinif müəllimi Zülfiyyə Rzayeva rəhbərlik etdiyi 4,,D” sinif şagirdlərinin iştirakı ilə açiq sinif saatı təşkil etmişdir.Sinif saatında şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi