9 NOYABR-DÖVLƏT BAYRAĞI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLMİŞDİR

 08 noyabrda  17 nömrəli tam orta məktəbdə  9 Noyabr –Dövlət  Bayrağı Günü ilə əlaqədar bir sıra tədbirlər  keçirilmişdir.

 Ənənəvi olaraq hər il keçirilən tədbirlərdə şagirdlərə dövlətçilik ideyalarına və dövlət atributlarına hörmət hissi aşılanır. Bu məqsədlə,  Azərbaycan dili müəllimi Manafova  Esmira və 4,,Ç” sinif müəllimi Hacıyeva Lalənin rəhbərliyi ilə rus bölməsinin  4-cü sinif şagirdlərinin iştirakı ilə “Bir dəfə yüksələn Bayraq, bir daha enməz” adlı tədbir keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başlamış, şagirdlərin çıxışları ilə davam etmişdir.  

     Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeir,mahnı ifa etmiş, milli rəqslərimizi  nümayiş etdirmişlər.

     Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva, direktor müavinləri,  müəllimlər və valideynlər  iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi