RƏSMLƏRDƏN İBARƏT SƏRGİ

Məktəbimizin V,VI,VII,VIII və IX sinif  şagirdləri  arasında ,,Bayraq günü”ə həsr olunmuş  rəsm müsabiqəsi  təşkil edilmişdir. Görkəmli Azərbaycan mütəfəkkiri  Əli Bəy Hüseynzadənin müəllifi olduğu “Türkçülük, islamçılıq və müasirlik” düsturu  XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın təməl prinsipləridir. Bayrağımızdakı rənglər bu prinsipləri ifadə edir. Məktəbimizin V-IX sinif şagirdləri bu rənglərin mənasını çox gözəl anlayaraq üçrəngli bayrağımızı tərənnüm edən rəsmlərdən  ibarət sərgi təşkil ediblər.

Şagirdlərimizin böyük sevgi ilə hazırladıqları rəsmlər ,,Bayraq Günü” ərəfəsində məktəbin foesini və sinif otaqlarını bəzəyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi