“ÜÇRƏNGLİ BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR” MÖVZUSUNDA SƏRGİ TƏŞKİL OLUNMUŞDUR

6, 7, 8 noyabr  tarixlərində  17 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası dövlət rəmzlərindən olan bayrağımızın 100 illiyinə həsr olunmuş “Üçrəngli bayrağımız qürur mənbəyimizdir” mövzusunda əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. 2,,Ə”sinif müəllimi Səidə Quliyeva və 3,,B” sinif müəllimi Nailə Hacıömərovanın rəhbərliyi ilə sinif şagirdləri sərgiyə müxtəlif üsullardan istifadə etməklə fərqli bayraq nümunələri düzəltmişlər. Sərgiyə ibtidai sinif müəllimləri tərəfindən ibtidai sinif şagirdlərinin ekskursiyası təşkil olunmuşdur. Sərgi müəllimlərin şagirdlərin və valideynlərin marağına səbəb olmuş və onlar tərəfindən yüksək qiymətləndirilmişdir. Sərgi 9 Noyabr Bayraq Gününə qədər davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi