HACI ZEYNALABDİN TAĞIYEVİN EV MUZEYİNƏ EKSKURSİYA TƏŞKİL OLUNDU

06 noyabrda 17 nömrəli tam orta məktəbin 5 “B” sinif şagirdləri sinif rəhbəri Sevinc Qasımovanın təşkilatçılığı ilə Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin ev müzeyinə ekskursiyada olmuşlar. Ekskursiyanın məqsədi şagirdləri orada olan 9 otaqlarda saxlanılan  ev əşyaları, iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı,Sona xanım Tağıyevanın bəzək otağı – buduar,  yataq otağı,  təmizlik otağı ilə tanış etmək idi. Xatirə muzeyinin ekspozisiyası Tağıyevin iş kabinetindən başlayır.Burada bilavasitə Tağıyevin özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da nümayiş etdirilir. Tanışlıqdan sonra aparılan sorğu zamanı gəzinti şagirdlərin xüsusi marağına səbəb oldu. Bu cür gəzinti şagirdlərdə və valideynlərdə növbəti ekskursiyaların təşkilinə maraq oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi