,,FAB Boya və Kimya Sənayesi MMC” şirkətinə gəzinti təşkil edildi

2013- cü ildən yeni layihəyə imza atan "FAB Boya və Kimya Sənayesi MMC" şirkətinə  17 nömrəli  məktəbdən olan şagirdlərin gəzintisi təşkil edildi. Şagirdləri gəzdirməkdə məqsədimiz onların gələcək ixtisas seçimlərinə kömək etmək,  istehsal sahəsinə marağı artırmaq,  bu sahədə bilik və təcrübə əldə etmələrinə yardım etməkdir. Gəzinti zamanı şagirdlər müəssisədə quraşdırılan tam avtomatlaşdırılmış sistemdə çalışan cihazlarla tanış oldular. Burada quraşdırılmış avtomatik sistem şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Gəzinti zamanı şagirdlər fabrikin anbarları və daha sonra şirkətin satış bölməsi ilə yaxından tanış oldular. Burada şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı. Daha sonra şagirdlər fabrikdə istehsal olunan məhsulların keyfiyyətinin yoxlanılması qaydalarını   laboratoriyada müşahidə etdilər. Eləcə də boyanın rənglənməsi prosesi ilə tanış olub müxtəlif rənglərin əldə olunmasında iştirak etdilər. Gəzinti yemək saatı ilə davam etdi. Görüş bitdikdə ,, FAB Boya” şirkətinin əməkdaşları  məktəblilərə hədiyyələrini təqdim etdi. Məktəblilər gəzintidən xoş təəssüratlarla  ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi