“AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ” NƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR

1991-ci il 18 oktyabrda Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdur. Elə həmin vaxtdan 18 oktyabr  “Müstəqillik günü” kimi qeyd olunur.  Bu məqsədlə 17 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilmişdir.VII-X sinif şagirdləri arasında rəsm və referat müsabiqəsi, 2,,Ə”,3,,Ə”,3,,D,4,,A”,4,,C”,4,,D sıniflərində sinif müəllimləri tərəfindən açıq təşkilatı saatlar təşkil edilmişdir.

   18 oktyabrda  3,,D”, 6,,C”, 6,,Ç”, 7,,E”, 11,,B” sinif şagirdlərinin iştirakı ilə ədəbiyyat müəllimi Pur-Riza Sevincin rəhbərliyi ilə “Azərbaycan Dövlət Müstəqilliyi Günü” nə həsr edilmiş tədbir təşkil edilmişdir.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şagirdlərin ifasında  mahnı və şeirlərlə davam etmişdir.

   Tədbirin sonunda  məktəbin direktoru  Nazilə Əliyeva  bu günün tarixi haqqında danışmış, xoş arzu və istəklərini dilə gətirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi