ŞAGİRDLƏRİMİZİN QAZANILAN UĞURLARI

13 oktyabrda  269 nömrəli məktəbin stadionunda Xətai rayonu  üzrə orta ümumi təhsil məktəbləri arasında ,,Vətənin müdafiəsinə hazıram” devizli "Poliatlon" çoxnövçülüyü  üzrə oğlanlardan  ibarət komandalar  arasında yarışlar keçirilmişdir. Yarışlarda X-XI sinif şagirdlərindən ibarət komandalar iştirak etmişlər. Məktəbimizin oğlanlardan ibarət komandası yarışlarda fəal iştirak edərək II yerə layiq görülmüşdür. ,,Mənim ilk müəllimim” rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən esse müsabiqəsində məktəbin 10,,D” sinif şagirdi Məlikova Nüranə fəal iştirakına görə sertifikata, Bakıda keçirilən Uşaq və Yeniyetmələrin V ,,Saf rənglər” Beynəlxalq Rəsm Yaradıcılıq Festivalında 8,,E” sinif şagirdi İsmayılova Nərmin II yerə və 10,,B” sinif şagirdi Güləhmədov İbrahim Gənclər arasında Moskvada keçirilən dünya çempionatının MMA(Pankration) idman növü üzrə  III yerə layiq görülmüşdür. Məktəbdə keçirilən təltif mərasimində, məktəbin direktoru Nazilə Əliyeva  yarış iştirakçılarını diplomlarla təltif edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi