ŞAGİRDLƏRİMİZ 12-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ TƏHSİL SƏRGİSİNİNDƏ IŞTİRAK ETDİLƏR

13 oktyabrda  Bakı  Ekspo  Mərkəzində təşkil edilən 12-ci  Azərbaycan Beynəlxalq Təhsil Sərgisində 17 nömrəli tam orta məktəbin rəhbərliyi,  müəllimləri və şagirdləri iştirak  etdilər.  “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara  hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”,  “İT STEP”, “Media Mərkəz -Təhsil TV”  və digər stendlər təqdim edilirdi.. Məktəbin nümayəndələri təqdim olunan stednlərlə tanış oldular. Müəllim  və  şagirdləri  maraqlandıran  suallara cavab aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi