Azərbaycanlı məktəblilər Rusiya səfərindən uğurla döndülər

Bu ilin 25 avqust tarixində  Olimpiadaların və yaradıcı müsabiqələrin qalibləri arasından bir qrup azərbaycanlı gənc Rusiya mədəni və təhsil səfərindən döndü.

Rusiyanın Azərbaycandakı səfirliyi və Rusiyanın "Rossotrudnichestvo" nümayəndəliyinin təşkilatçılığı ilə "Salam, Rusiya!" layihəsi çərçivəsində azərbaycanlı məktəblilər  Kazana səfər etdilər.

Yeddi gün ərzində  Kazan Kremlin, Kul-Şərif Məscidi, Volqa-Kama Biosfer Təbiət Qoruğu, Dövlət Island Tarix-Memarlıq və İncəsənət Muzeyi-Reserve "Ostrov-Grad Sviyazsk", Tatarıstan Respublikasının Təbiət Tarixi Muzeyi, Şəhər Panorama Muzeyi, Zəfər Parkı, Kazan Arena Stadionunda, Tatarıstan Respublikasının Milli Muzeyində, Kazan (Təbiət) Federal Universitetində  məşhur idmançılar ilə görüşlər keçirildi.

Digər ölkələrdən olan həmyaşıdları ilə birlikdə Azərbaycan nümayəndə heyətinin üzvləri tərkibində 17 nömrəli tam orta məktəbin 10 ,,C”sinif şagirdi Hümbətova Leyla İlqar qızı da müxtəlif interaktiv tədbirlərdə, müsabiqələrdə, viktorinalarda iştirak etmişlər.

Sentyabr ayının sonunda səfər iştirakçıları Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində bir araya gələrək,təqdimat müsabiqəsinin  qaliblərinə  diplomlar təqdim edildi.

Uğurlar sənə Leyla!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi