eTwinning plus “Environmental Hero “ və “ Azərbaycan Həmrəyliyi “ layihələri qaliblərinə keyfiyyət nişanları təqdim edildi

08 oktyabr tarixində  məktəbin ingilis dili müəllimi Mirzəliyeva Aynurənin rəhbərliyi  ilə  eTwinning  plus “Environmental Hero”  və  “Azərbaycan Həmrəyliyi”  layihələri üzərində fəal çalışan 7e sinif şagirdləri oz keyfiyyət nişanlarını  əldə etdilər.Qeyd edək ki,şagirdlər “Environmental Hero” layihəsi  üzərində 7 ay müddətində 5 ölkəni  təmsil  edən şagirdlər ilə əməkdaşlıq etmiş və ətraf  aləmdə baş verən ekoloji problemləri  həll etməyə çalışmışlar.Layihənin son məhsulu kimi, layihədə iştirak edən hər beş ölkənin şagirdləri ilə qrup şəklində   yazılmış şeirlərdən ibarət onlayn kitab, təbiətə   aid musiqi  təqdim edilmişdir.

“Azərbaycan Həmrəyliyi” layihəsində   şagirdlər ölkə xaricində və daxilində olan həmvətənlirimizlə əməkdaşlıq etmiş, onlayn görüşlərdə iştirak  edərək  Azərbaycanın qədim və indiki dövrü haqqında  video- çarxlar  hazırlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi