“MÜƏLLIMLƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILDI

 05 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin status haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildə isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 05 oktyabrda rəsmiləşdirilmişdir.

 05 oktyabrda  17 nömrəli tam orta məktəb “Müəllimlər günü”nə həsr edilmiş tədbir təşkil olunmuşdur. Tədbir musiqi müəllimi Sevinc Ramazanova,ədəbiyyat müəllimləri Sevda Cəfərova, İradə Mürsəlovanın rəhbərliyi və məktəb valideyn komitəsinin təşkilatçılığı  ilə I, IV,VI,VII, IX və XI sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeirlər, mahnılar söyləmiş, rəqslər nümayiş etdirmişlər.

   Tədbirdə məktəbin direktoru Nazilə xanım Əliyeva çıxış etmiş, müəllim kollektivini təbrik etmiş, xoş arzularını dilə gətirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi