650 BALDAN ÇOX BAL TOPLAYAN MƏZUNUMUZ TƏDBİRDƏ İŞTİRAK ETDİ

Хətаi Rayon İcra Hakimiyyəti rayonun orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə  bitirərək, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmış məzunlarla görüş keçirdi.

Görüşdə 17 nömrəli tam orta məktəbin  650 baldan çox bal toplayan  məzunu Cəfərova Elvira da  iştirak edirdi.

Rayon rəhbərliyi, 650 baldan yüksək nəticə göstərmiş məzunlar, onların valideynləri və orta ümumtəhsil məktəblərinin müəllimləri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib ulu öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular.

İcra hakimiyyəti aparatının akt zalında davam edən görüşü Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, gənclərimizin yüksək ali təhsil alması müstəqil Azərbaycanın tərəqqi və inkişafının davamlı olmasına zəmanətdir.

Sonda Xətai rayon İcra Hakimiyyəti adından 650 və ondan yüksək bal toplayıb tələbə adını qazanmış məzunlara və  yüksək nəticələrin əldə edilməsində xidməti olan məktəblərin rəhbərlərinə, həmçinin, qarşıdan gələn ,,Müəllimlər günü” münasibətilə rayonun ictimai həyatında fəallığı ilə fərqlənən  müəllimlərə qiymətli hədiyyələr, mükafatlar və fəxri fərmanlar təqdim olundu.Onların sırasında məktəbin fiziki tərbiyə müəllimi Lyubov Komarova da var idi. Məzun Elvira və təltif olunan Lyubov müəllimi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi