"SON ZƏNG” TƏDBİRİ KEÇİRİLDİ

14 iyun tarixində “Son zəng” tədbiri keçirildi. İlk olaraq məktəbin direktoru Nazilə Əliyeva çıxış etdi. O, məzunları təbrik etdi və qarşıdan gələn buraxılış imtahanlarında onlara  uğurlar arzuladı. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Dəyanət Əzizov da çıxış edərək  məzunları xoş sözlərlə  salamladı və onları təbrik etdi.

 Sonra sinif rəhbərləri, müəllimlər və valideynlər çıxış etdilər. Söz 11-cilərə verildi. Məzunlar məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər. Siniflər növbə ilə hazırladıqları rəqs nömrələrini təqdim etdilər. 2017-2018-ci tədris ilində müxtəlif sahələrdə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundular.

Sonda məktəbin həyətində məzunların sayına uyğun olaraq, havaya şar buraxıldı. Tanınmış müğənni Vyaçeslav Panin  öz repertuarından bir neçə mahnı ifa etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi