,,Buta” layihəsinin təqdimatı oldu

İyunun 5-də  məktəbin 2”C”  sinfində  “Dünyaşöhrətli Azərbaycan  şedevrləri” adı  altında   “Buta”  layihəsinin   təqdimatı  oldu. Dekorativ   tətbiqi  sənət nümunələrindən sayılan xalçalarımız bizim milli-mənəvi  dəyərlərimizdəndir. Onları  bəzəyən əsas  bəzək elementi   butadır. Məhz   bu  mövzuya  həsr olunmuş  dərs saatı  təsviri  incəsənət  müəllimi  Qurbanova Mərcanə və sinif müəllimi Xəlilova Samirə tərəfindən təşkil  olunmuşdur. Təqdimat  zamanı  müəllimlər təsviri incəsənət və texnologiya  fənlərinə   inteqrasiya edərək, şagirdlərə  maraqlı  məlumat  verdilər. Bu  layihədə   iştirak  edən  şagirdlər eyni  zamanda müxtəlif  təqdimatlar   hazırlamaqla  öz bilik  və bacarıqlarını  nümayiş  etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi