AXC-NİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ “BİLİK YARIŞI”NIN NƏTICƏLƏRI

Mayın 24-də məktəbdə Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə AXC-nin 100 illik yubileyinə həsr olunmuş  Xətai rayon ümum təhsil  məktəblərinin şagirdləri arasında  “Müstəqil  Azərbaycan” adlı  bilik  yarışı  keçirilmişdir.

Bu yarışmada öz bilik və bacarıqlarını nümayiş etdirən şagirdlər arasında seçim aparılaraq  məktəbimizin  9”D” sinif şagirdi İsazadə Rahil Fuad oğlu II yerə layiq görülmüşdür.Məktəbin tarix müəllimi Leyla Qəribova isə  Gənclər və İdman Nazirliyi ,Xətai Rayon  Gənclər  və  İdman  İdarəsi tərəfindən  AXC-nin  100- illik yubileyinə  həsr  olunmuş  Xətai rayon  ümumtəhsil   məktəblərinin  şagirdləri arasında  “Müstəqil  Azərbaycan”bilik yarışında yaxından köməkliyinə  görə diplomla təltif edilmişdir. Məktəbin  direktoru  Nazilə  Əliyeva  fərqlənmiş  şagird və tarix müəllimi Leyla  Qəribovanı  təbrik edərək  onlara diplomla təqdim  etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi