Xeyriyyə tədbiri təşkil edildi

2 iyun tarixində məktəbin VIII- X sinif şagirdlərindən ibarət olan heyət məktəbin direktoru Nazilə Əliyeva və müəllimlərlə bərabər Bilgəh qəsəbəsində yerləşən 11№li İnteqrasiya təlimli internat məktəbinin qonağı olmuşlar.Şagirdlərimiz  internatda  fəaliyyət göstərən ,,Art “studiyası ilə yaxından tanış olmuşlar. Belə ki, internatda  təhsil alan şagirdlərin məşğuliyyəti ilə maraqlanmışlar. Məlum olmuşdur ki, buraya dəvət olunmuş sənətkarların rəhbərliyi ilə təmənnasız olaraq şagirdlərə müxtəlif sənət  növləri: taxta üzərində oyma, tikiş, toxuma, xalçaçılıq və s öyrədilir.Burada təhsil alan şagirdlər ,,Qurama”adlı animasiya studiyasında müxtəlif mövzuda ssenarilər yazır, şəkillər çəkir və onları hərəkətə gətirərək müxtəlif sosioloji çarxlar hazırlayırlar.Eyni zamanda şagirdlərimiz qonağı olduğu məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgiyə də tamaşa etdilər. Sonda məktəbimizin şagirdləri onların qarşısında xeyriyyə konserti verərək, öz topladığı vəsaitləri internat məktəbin fonduna hədiyyə etdilər.

Elə həmin gün şagirdlərimiz Mərdəkan qəsəbəsində fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların yerləşdiyi 1№li internat məktəbinin də qonağı oldular.Onlar xeyriyyə və dəstək məqsədilə toplanmış geyim və digər əşyaları orada yerləşən uşaqlara hədiyyə etdilər. Qüsurlu dünyaya gəlmiş həmyaşlıları ilə şagirdlərimizin səmimi və mehriban ünsiyyəti hamı, o cümlədən məktəbimizin direktoru və həmin məktəbin pedaqoji kollektivi tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi