,,Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi

01 iyun    tarixində məktəbin  akt  zalında  sinif  müəllimi  Əhmədova Sevilin   rəhbərliyi ilə 1”Ç” sinif  şagirdlərinin “Uşaqların  Beynəlxalq  Müdafiəsi  Günün”ə həsr olunmuş  tədbiri   keçirildi. Tədbirdə  məktəb müdiriyyəti, valideyn və   şagirdlər   iştirak  edirdilər. Kiçikyaşlı  məktəblilər  gözəl  tərtibat  verilmiş   səhnədə  öz   bacarıqlarını  nümayiş  etdirərək   tədbir iştirakçıları  qarşısında  maraqlı  şeir, mahnı  və rəqslərlə çıxış  etdilər. Onların  ifasında    səslənən  nəğmələr  və  şeirlər   müstəqil  Azərbaycanımızın tərənnümünə  həsr  olunmuşdur.Sonda  məktəbin direktoru   Nazilə Əliyeva  çıxış  edərək  şagirdlərə  xoş  sözlər  söyləyib, onlara  yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi