,,1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş sinif saatları keçirildi

01 may  tarixində  məktəbin  sinif   müəllimləri:  Nurməmmədzadə  Vüsalə 2”Ə”, Rəhimova Məhsəti 2”D”  siniflərində   “1 iyun   -Uşaqların  Beynəlxalq Müdafiəsi  Günüdür” mövzusunda  sinif  saatları keçirmişlər. Rəsm müəllimi Qurbanova Mərcanə isə  5”C”, 6”Ə”, 7”D”   sinif şagirdləri ilə asfalt üzərində rəsm  müsabiqəsi təşkil etmişdir. Bu sinif saatında  mövzu  ilə  əlaqədar   şagirdlərə  geniş  məlumat  verilərək  eyni zamanda   uşaqlara  dövlət  qayğısından da söhbət açmışlar. Şagirdlərin  böyük marağına səbəb  olan  müxtəlif suallara sinif  saatında       müəllimlər  tərəfindən cavablandırıldı. Böyük məmnunluq hissi  keçirən  şagirdlər   bu əlamətdar gün haqqında geniş bilik əldə edə  bildilər. Eyni  zamanda  sinifdə   təşkil  olunmuş  rəsm  sərgisi  də   onlar  tərəfindən   maraqla  qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi