“KENQURU” BEYNƏLXALQ RİYAZİYYAT MÜSABİQƏSİNIN IŞTIRAKÇILARI TƏLTIF EDILDI

01 iyun  tarixində  məktəbdə ,,Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri ilə məktəb müdiriyyətinin görüşü təşkil olunmuşdu.Bu görüşdə xüsusi riyazi bacarıqlarını nümayiş etdirməyə nail olan məktəblilər haqqında xoş sözlər söyləyən məktəbin direktoru Nazilə Əliyeva onları zalda əyləşən müəllim, valideyin və şagirdlərə təqdim etdi. Onlardan 280  nəfəri məktəbimizin şagirdləri olmuşdur. Müsabiqə II-X siniflər arasında aparılıb. Bu müsabiqənin əsas şərtlərindən biri riyaziyyat üzrə istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılması, onların potensial imkanları səviyyəsinin yüksəldilməsidir. Fərəhləndirici haldır ki, 9 nəfər şagird yüksək nəticə göstərərək  məktəbimizin adını yüksəyə qaldıra bilmişlər. Sonda məktəbin direktoru Nazilə Əliyeva ən yüksək nəticə göstərən şagirdlərə hədiyyələr təqdim etdi, qalan qalib iştirakçılarımızı isə sertifikatlarla mükafatlandırdı. O, məktəbimizi öz bilik və bacarıqları ilə fərqləndirən şagirdlərimizə xoş sözlərini çatdıraraq, onlara gələcəkdə yeni təhsil uğurları arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi