Nəsrəddin Tusiyə həsr olunmuş tədbir keçirildi

30 may tarixində məktəbdə XIII əsrdə yaşamış görkəmli riyaziyyatçı,filosof, ,,Əxlaqi- Nasiri” adlı əxlaqi- didaktik əsərinin müəllifi,böyük Azərbaycan alimi Nəsrəddin Tusiyə həsr olunmuş tədbir keçirildi.4E sinif müəllimi Rzayeva Cəmilənin təşkilatçılığı ilə keçirilən bu tədbirdə şagirdlərlə bərabər, məktəbəqədər hazırlıq qrupunda təhsil alan körpələr də fəal iştirak edirdilər.,,Əxlaqi –Nasiri” əsərinin  motivləri əsasında hazırlanmış bu tədbirdə Vətənə, anaya,ümumiyyətlə, valideynlərə həsr olunmiş şeirlər söylənmiş, mahnılar səsləndirilmişdir.Əsərdən götürülmüş motivlər əsasında hazırlanan səhnəciklərdə isə kiçikyaşlı məktəblilər öz bacarıqlarını məharətlə nümayiş etdirə bildilər.       

     Tədbir çox maraqla  izləyicilər tərəfindən qarşılandı.Tədbirdə iştirak edən məktəbin direktoru Nazilə Əliyeva tədbir iştirakçılarını təbrik edərək, onlara yeni tədris ilində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi