Zirə Mədəniyyət Mərkəzinə ekskursiya təşkil edildi

26 may tarixində 3”E”  sinif  şagirdləri  paytaxtdan kənarda yerləşən  Zirə Mədəniyyət  Mərkəzi  və  Eko-parkında   ekskursiyada  olmuşlar.Sinif  rəhbəri Bəturə müəllimə  tərəfindən    təşkil   edilmiş  bu  gəzinti  şagirdlərdə  böyük  maraq  doğurmuş,müxtəlif elmi  məlumatlar   əldə edərək bilik və dünyagörüşlərini artırmışlar. Şagirdlər Mədəniyyət Mərkəzində  tropik  bitkilərlə  tanış  olmuş,xalça muzeyində xalçalarımızın  tarixi  haqqında  məlumat əldə   edərək, xalça  toxunması prosesində iştirak etmişlər.Şagirdlərin ən çox diqqətini  çəkən isə ümummilli  lider  H.Əliyevin  şüşədən  hazırlanmış  büstü  olmuşdur. Büst bir sənət  əsəri  kimi  şagridlərdə   qürur  hissi  oyatmışdır.Sonda  onlar  şeirlər  söyləyərək xatirə şəkilləri çəkdirmişlər.Məktəblilər bu gəzintidən  xoş  təəssərüatlarla  ayrılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi