AXC -nin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

23   may  tarixində   məktəbimizdə   Azərbaycan dili və ədəbiyyat    müəllimi   Babayeva  Şəbnəmin təşkilatçılığı  ilə  6 "E"  sinif  şagirdlərinin  AXC-nin 100 illiyinə  həsr  olunmuş  tədbir  keçirildi. Görüşdə  məktəb  müdriyyəti, müəllim, valideyin və şagirdlər iştirak edirdilər. Onlar yubiley münasibəti ilə  maraqlı  ədəbi-bədii  kompozisiya  hazırlamışdılar. Məktəblilər  zalda  dövlət  himni  səsləndikdən  sonra   AXC-nin yaranması tarixinə  həsr  olunmuş  video-çarx  təqdim etdilər.Onlar  tədbir  boyunca  müstəqil   dövlətimizin  yaranma  tarixi  haqqında   məlumat verərək, gözəl şeir, mahnı və rəqslərlə   də izləyiciləri sevindirdilər.Hamı tərəfindən böyük maraqla   izlənilən bu tədbir  məktəbin ictimai  həyatında  öz  izini buraxa bildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi