MƏKTƏBİMİZİN KOLLEKTİVİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASININ 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR HEYDƏR ƏLİYEV PARKINDA KEÇİRİLƏN TƏDBİRDƏ İŞTİRAK ETDİ

22 may  tarixində  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100- illik yubileyi ilə əlaqədar Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına parkda tədbir keçirilmişdir. Tədbirdə 17 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilərİlk öncə ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi ziyarət edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə çıxış edənXətai  Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Xətai Rayon Veteranlar Təşkilatının sədri Nəcibə Məhərrəmova, Xətai Rayon  Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə çıxış edərək bildirdilər ki,  Azərbaycanda qədim dövlətçilik ənənələri mövcud olsa da, siyasi-iqtisadi struktura və ictimai əsaslara malik dövlət 1918-ci ildə qurulub. Natiqlər  öz çıxışlarında   Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağ yalnız ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı olub. Bu, bir tarixdir və  unudula bilməz. Tədbirin növbəti gedişatında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının, rəqqasların, məktəblilərin, gül-çiçək geyimində olan uşaq bağçalarından olan  körpələrin  iştirakı ilə parad olub. Tədbirin  sonunda incəsənət ustalarının çıxışı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi