AXC-nin 100 illik yubileyinə həsr olunmuş musiqili-əyləncəli müsabiqə keçirildi

21  may  tarixində  17 №-li   tam orta məktəbdə   AXC-nin 100  illik  yubileyinə həsr olunmuş  musiqili-əyləncəli   müsabiqə   keçirildi.Müsabiqədə məktəbin VI A, VI B,VI Ə,VI F  sinif şagirdlərindən  təşkil  olunmuş  komandalar  iştirak edirdilər.Yarışma 3 mərhələdən təşkil olunmuşdur.Belə ki,komanda üzvləri I mərhələdə ”Salamlaşma” , II mərhələdə  Azərbaycan, Amerika, İspaniya və İsrail ölkələrinin  milli geyimləri, III mərhələdə  isə həmin   ölkələrin  dilində səslənən  mahnı və  rəqslərlə  izləyicilər qarşısında   çıxış  etdilər.Gözəl  təqdimatla  öz  bacarıq və  məharətlərini  nümayiş etdirən  iştirakçılar  arasında VI F sinfini təmsil edən komanda I, VI A sinfi II, VI B  sinfindən təşkil olunmuş komanda  isə III yerə  layiq  görülərək qalib oldular.Müsabiqənin sonunda  məktəbin direktoru Nazilə Əliyeva müsabiqə  qaliblərini  diplomlarla təltif edərək, onlara gələcəkdə  yeni uğurlar  arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi