,,Əlvida, ibtidai sinif !” adlı musiqili əbədi- bədii kompozisiya keçirildi

18 may tarixində 17 №li tam orta məktəbdə  sinif müəllimi Ramella Murtuzayeva  4 "A" sinif şagirdlərinin iştirakı ilə ,,Əlvida, ibtidai sinif!” adlı musiqili əbədi- bədii kompozisiya  ilə məktəb müdiriyyəti, müəllimlər, valideynlər və şagirdlər qarşısinda çıxış etdilər. Gözəl tərtibat verilmiş səhnədə kiçikyaşlı məktəblilər şeir, mahnı və səhnəciklərlə öz bacarıqlarını nümayiş etdirdilər. Maraqlı bir təqdimatla yadda qalan bu məktəblilərin söylədikləri şeirlər, səsləndirilən mahnılar hər bir izləyicini  ötən xatirələrə qovuşdurdu. Sonda  məktəbin direktoru Nazilə Əliyeva uşaqları təbrik edərək, onlara gələcəkdə yeni təhsil nailiyyətləri arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi