Şagirdlərimiz “STEM Plus” bilik yarışında uğurla iştirak etdilər.

19 may tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Qərbi Kaspi Universitetinin təşəbbüsünə əsasən, “STEM  PLUS” Bilik Yarışı keçirilmişdir.Könüllülük prinsipinə əsaslanan bu yarışmada X-XI sinif şagirdləri Qasımova Səadət (XI "V"),Babazadə Lamiyə (XI "V"), Səlimli Cəmilə (XI "Q"), Qasımov  Sərvan (X "Ç"), Abbaslı Nurlandan (X "Ç") ibarət 5-nəfərlik komandamız öz bilik və bacarıqlarını elm , texnolologiya, mühəndislik, riyaziyyat, dünyagörüşü üzrə nümayiş etdirdilər. Qeyd etmək lazımdır ki, STEM şagirdlərin məktəbdə texniki fənlərdən əldə etdikləri elmi nailiyyətlərinin texnologiya və mühəndislik sahəsi ilə birləşdirərək, gündəlik həyatda tətbiq etməsidir.

    Məhz bu sahədə şagirdlərin iştirakı təqdirəlayiq bir addım kimi qiymətləndirilərək Bakı şəhəri üzrə iştirak edən 37 məktəb  arasında ilk 4-lüyə daxil edilmiş, komandamızın üzvü Babazadə Lamiyə  isə yarışmada fərqləndiyinə görə,  sertifikatala təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi