MƏKTƏBİN KOMANDASI RAYON “DÖRDNÖVÇÜLÜK “ YARIŞININ QALİBİ OLDU

Azərbaycan Xalq Cümhuriyyətinin 100- illik yubileyi ərəfəsində  08 may tarixində Bakı şəhər  orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Dördnövçülük“ idman yarışı keçirilmişdir. Yarışmada məktəbimizin  komandası daha  uğurla  çıxış  edərək münsiflər heyəti tərəfindən I yerə layiq  görülmüşlər.

17 may tarixində məktəbdə  keçirilən təltif mərasimində məktəbin direktoru Nazilə Əliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə , Xətai rayon Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Məhəmməd  Rzayev iştirak edərək  onları  diplomlarla təltif etmiş və gələcəkdə daha böyük uğurlar qazanmağı arzulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi