MƏKTƏBIN XI SINIF ŞAGIRDLƏRI ILƏ GÖRÜŞ KEÇIRILDI

15 may tarixində  17 №li tam orta  məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstərişinə əsasən,  XI sinif şagirdləri ilə  Azərbaycan Turizm və Menecment Universitetinin  nümayəndə heyəti arasında görüş keçirilmişdir.Tədbirdə universitetin dekan müavini Hüseyn Həsənov, Elm  və İnnovasiya  şöbəsinin metodistləri   Sənubər Qənbərova, Füruzə Raşova, eyni zamanda  Menecment  fakültəsinin III kurs tələbəsi Nigar Fərəcullayeva, məktəb müdiriyyəti iştirak edirdilər.Görüşün əsas məqsədi məktəb məzunlarını  universitetdə olan ixtisaslarla  yaxından tanış etmək, bu ali təhsil ocağının üstünlükləri ilə onları  məlumatlandırmaq idi.Məktəbin məzunları tərəfindən çox maraqla qarşılanan bu tədbirdə universitetin elmi- texniki bazasını işıqlandıran  video təqdimat da təqdim olundu.Yüksək səviyyədə keçirilən  bu görüşdə eyni zamanda məktəb məzunlarını  maraqlandıran  suallar ətraflı şəkildə cavablandırıldı.Sonda yuxarı sinif şagirdlərinə  Azərbaycan Turizm və Menecment  universiteti haqqında məlumat bülletenləri paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi