“İngilis dili aylığı”na həsr olunmuş tədbir keçirildi.

12 may tarixində Xətai rayonu  17 №-li tam orta  məktəbdə rus bölməsinin 3”B”, 4”C”, 4”D”, 4”B”, 6”C”, 7”C” sinif şagirdlərinin iştirakı ilə “İngilis dili aylığı” çərçivəsində “Dostluq şənliyi” adlı tədbir keçirildi. Tədbir məktəbin ingilis dili  müəllimi Qasımova Sevinc tərəfindən maraqlı bir kompozisiya şəklində təşkil olunmuşdu. Tədbirdə bütün çıxışların  ingilis dilində verilməsi təqdirəlayiq  addım  kimi  hamı  tərəfindən  alqışlandı.Uşaqların gözəl geyimlərdə çiçəkləri simvolizə etməsi səhnə dekorasiyası  ilə vəhdət  təşkil edirdi.Tədbirin mövzusuna uyğun olaraq, heyvanların  simasında  dostluğun tərənnümü  maraqlı  bir şəkildə izləyicilərə  çatdırıldı.Şagirdlərin çıxışı  bir daha sübüt etdi ki, onların ingilis dilinin öyrənilməsinə olan maraqları çox yüksəkdir. Sonda məktəbin direktoru Əliyeva Nazilə xanım tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, onlara sertifikatlar təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi