“Narkomaniyaya yox deyək ! “

11 may  tarixində  məktəbimizdə “Narkomaniyaya yox deyək“ şüarı  altında yuxarı  sinif şagirdləri  ilə  növbəti  tədbir  keçirildi. Tədbirdə  bir  sıra  qonaqlar : Xətai  Rayon Polis İdarəsi  rəisinin  şəxsi  heyətlə iş üzrə köməkçisi  polkovnik-leytenant  İdris Məhərrəmov, Bakı şəhər Narkoloji Mərkəzin  həkim –narkoloqu Yaşar Bədəlbəyli ,Xətai RPİ- nin  Dövlət  Yol  Polisi şöbəsinin  inspektoru polis mayoru  Fərid  Əhmədov, Xətai RVŞ – nin sədri Nazim Xıdırov, 34 №-li PB əməkdaşları :Leyla  Cəfərzadə, Təyyar  Süleymanlı və Samir İsmayılov iştirak edirdilər. Onlar şagirdlər qarşısında  mövzu  ilə əlaqədar geniş söhbət  apararaq ,narkotik maddələrin  insan həyatı  üçün yaratdığı ağır fəsadlar haqqında məlumat verdilər. Daha sonra məktəbin 9”D” sinif şagirdi  Gözəlov Rəvan çıxış edərək “Narkomaniya-əsrin bəlasıdır” mövzusunda  öz  fikirlərini  iştirakçılarla bölüşdü. Gələn qonaqlar  şagirdlər  tərəfindən  verilən  sualları cavablandıraraq  bəzi  məqamlara aydınlıq  gətirdilər. Sonda “Ağ ölüm“ adlı  videofilm nümayiş  etdirildi. Məktəbin ditrektoru Əliyeva  Nazilə  xanım  gələn qonaqlara  öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi