Ulu öndər H.Əliyevin 95 illiyinə həsr edilmiş tədbir keçirildi

07 may  tarixində  məktəbimizdə  ümummilli  lider  Heydər Əliyevin  95-illik  yubileyinə   həsr olunmuş  tədbir  keçirildi.Tədbirdə bir sıra qonaqlar,o cümlədən  Bakı Şəhəri  üzrə  Təhsil  İdarəsinin  Təlimə  Dəstək  Mərkəzinin direktor müavini Züleyxa Ələkbərova və  əməkdaşları: Kəmalə Həşimova, Elçin Quliyev, AR Təhsil İnstitutunun  əməkdaşı  İlham  Hüseynov, məktəb müdiriyyəti, müəllim və valideynlər  iştirak edirdilər.

Tədbiri  sinif  müəllimi  İbrahimova  Samirənin   rəhbərliyi ilə 4Ə  sinif şagirdləri  təqdim etdilər. Təqdimatda  kiçikyaşlı  məktəblilər  “Muzeyin xatirələri” adlı maraqlı bir kompozisiya ilə çıxış  edərək personajların dialoqu vasitəsi ilə tamaşaçılara   ulu  öndərin  həyata keçirdiyi islahatlar,imza atdığı  sərəncamlar  haqqında məlumatlar  çatdırdilar. Eyni zamanda onun  Azərbaycanı  çox  qısa bir müddətdə  dünyanın qüdrətli, inkişaf etmiş  dövlətə çevirməsi  bir daha vurğulandı. Daha  sonra  şagirdlər  H.Əliyevə  həsr olunmuş şeirlər və musiqi nömrələri ilə  çıxış etdilər. Sonda  ümummilli  liderə həsr olunmuş video-slayd  nümayiş  olundu. Məktəb müdiriyyəti və qonaqlar  azyaşlı  şagirdlərin   böyük  həvəslə  ərsəyə  gətirdikləri  tədbiri yüksək qiymətləndirərək   öz  təşəkkürlərini   bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi