V sinif komandaları arasında estafet idman yarışı keçirildi

     08 may  tarixində   Ulu  Öndər  H.Əliyevin  95 -illik  yubileyi  ərəfəsində   məktəbin  V sinif  şagirdləri   arasında  estafet   idman yarışı  keçirildi.

    Məktəbin   final mərhələsində  5Ə  və  5D sinif  komandaları    yarışırdı.                      5 hissədən ibarət  olan bu  yarışmada  şagirdlər  fiziki güc və  bacarıqlarını  nümayiş   etdirərək,    qələbə  uğrunda  mübarizə aparırdılar.Yarış  məktəbin müəllim  heyətinin  münsifliyi  ilə  müşayiət olunurdu.Oyun sağlam rəqabət  əsasında  keçirilirdi.Yarışmaarası  müddətdə milli geyimlərdə   olan şagirdlər  öz  musiqi  təqdimatları ilə   iştirakçılara  dəstək oldular.Finalda  5D  sinfi  qarşı  tərəfi məğlub edərək  qalib seçildi.Yarışmanın   sonunda  final  mərhələsində  iştirak edən  komandalara   münsiflər heyəti     diplomlar   təqdim edərək  onları  təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi