H.Əliyev Mərkəzinin parkında “Oxu günü”

26 aprel  tarixdə Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə Heydər Əliyev  Mərkəzinin  parkında  “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü”  adlı tədbir keçirilmişdir.      

Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Bakı şəhərinin 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqların iştirakı ilə bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim edilmiş, intellektual yarışlar və  fləşmob keçirilmişdir.

İştirakçılar arasında bizim məktəbimiz – Xətai rayonundakı 17 №li tam orta məktəb də var idi.   Məktəbimizin 4-5–ci sinif   şagirdlərinin, N.Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında hazırladığı kompozisiya gözəl tərtibatı və maraqlı səhnə dekorasiyası ilə seçilirdi. Kompozisiyada Nizami dövrünün təsviri, milli geyimlər  xüsusilə diqqəti cəlb edirdi. Məktəbimizin istedadlı şagirdlərinin təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi