Beynəlxalq “Kitab günü”nə həsr olunmuş tədbir

23 aprel tarixində “Kitab günü”nə həsr  olunmuş  tədbir keçirildi.  Kitab şəxsiyyətin, ümumilikdə  cəmiyyətin  formalaşmasında   və  inkişaf  etməsində müstəsna  əhəmiyyətə malikdir. Kitab oxumaq  bacarığını şagirdlərə aşılamaq məqsədi ilə məktəbdə “ Oxu günü “ təşkil olunmuşdu.Bu məqsədlə  ibtidai  sinif  şagirlərinin  məktəb kitabxanası ilə   tanışlığı onların  çox  xoşuna  gəldi.Onlar  burada  kitablar haqqında ətraflı məlumat  aldılar.Şagirdlərə kitabxana  müdiri  Sevil  Qurbanova onların  yaşlarına uyğun  olaraq  kitab seçmələrinə  yardımçı oldu.Məlumdur ki , uşaqlarda  kitab  oxumağa  olan  həvəs  məhz  kiçik  yaşlarında  formalaşır.Bu  səbəbdən  təşkil  olunmuş  bu tədbir  təqdirəlayiq  hesab  edilə  bilər.                                                                                                                                                  

Sonda  məktəblilər   kitab haqqında şeirlər  səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi